Rövnəq Abdullayev onların vəzifəsini dəyişdirdi – Siyahı

  • 01 Noy - 2019

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.

Qurumdan Avropa.info-ya verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:

Əkbər Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən çıxarılıb, Qaz İxrac İdarəsinin rəisi təyin olunub;

Ruslan Əliyev “Azəriqaz” İB-nin baş direktorunun müavini vəzifəsindən çıxarılıb, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub;

Qağaməli Seyfullayev Qaz İxrac İdarəsinin rəisi vəzifəsindən çıxarılıb, “Neftqaztikinti” trestinin müdiri təyin olunub;

Füzuli Hacıyev Heydər Əliyev adına NEZ-in direktor müavini vəzifəsindən çıxarılıb, Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub;

Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar. 


Oxunma sayı: 2410

Oxşar yazılar