Real partiyası da razılaşdırılmamış aksiyaların əleyhinə çıxdı

  • 12:08 - 01 Noyabr

Real partiyasının sədri İlqar Məmmədov da Milli Şuraın razılaşdırılmamış aksiya qərarlarını pisləyib.

Avropa.info xəbər verir ki, İ.Məmmədov Milli Şuraın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın ləğv edilməsini doğru qərar adlandırıb və ümumiyyətlə belə aksiyaların əleyhinə çıxış edib.

Bu barədə öz "Facebook" səhifəsində yazan İ.Məmmədov seçkilərin ən doğru yol olduğunu qeyd edib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun "28 may" stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

Ötən gün isə Milli Şura noyabrın 2-nə təyin etdiyi aksiyanın ləğv edildiyini bildirib.


Oxunma sayı: 3807

Oxşar yazılar