“Azəriqaz”ın baş direktoru vəzifəsindən azad olundu – Yeni təyinat

  • 11:28 - 01 Noyabr

Növbəti kadr islahatı "Azəriqaz" İstehsalat Birliyində (İB) aparılıb.

Avropa.info bu barədə  SOCAR-a istinadən xəbər verir.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub. 

Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Qeyd edək ki, Əkbər Hacıyev "Azəriqaz"ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.

R.Əliyev isə həmin qurumda satış və istismar üzrə müavin vəzifəsində çalışıb.

Həmçinin SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar.

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev "Neftqaztikinti" trestinin müdiri, Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.


Oxunma sayı: 12310

Oxşar yazılar