ATƏT-in Baş katibi Məmmədyarov-Mnatsakanyan görüşü haqda

  • 23:06 - 31 Oktyabr

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin dinamikası bir az yavaşıyıb. Amma ümid edirik ki, Bratislavada Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində planlaşdırılan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü bu prosesə yeni dinamika verəcəkdir”.

Bunu ATƏT-in Baş katibi Tomas Qremminger Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

Baş katib tərəflərin təhlükəsizlik sahəsində vəziyyətin sabitliyini qoruyub saxladığını qeyd edib: "Bu çox vacibdir, çünki təmas xəttinin hər iki tərəfindəki insanların həyatı qorunmalıdır. Bu həm hərbi, həm də mülki şəxslərə aiddir .

Təbii ki, Yerevan ilə Bakı arasında birbaşa təmas xəttinin yaradılması kimi bəzi etimad tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bütün bunlar müsbət nəticələr verməlidir.

Bir sıra məqamlara görə, girov mübadiləsi və jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı danışıqlar irəliləmir.

Ümid edirəm ki, tezliklə bu etimad tədbirlərinin icrasına davam edə biləcəyik".

Qeyd edək ki, Bratislavada Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 5-6-da keçiriləcək.


Oxunma sayı: 3741

Oxşar yazılar