Prezident uşaqlarla bağlı qanunu təsdiq etdi
- 16:49 - 31 Oktyabr
Prezident İlham Əliyev “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu imzalayıb.
Avropa.info xəbər verir ki, qanuna əsasən, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış Avropa Şurasının Konvensiyası Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilir.