Ağstafada iki nəfər güllələndi

  • 15:26 - 31 Oktyabr

Ağstafa rayonunda silahlı insident baş verib.

Avropa.info Trend-ə istinadən bildirir ki, hadisə Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakinləri 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yüsif Əsgər oğlu güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.

Silahlı insidenti törədən şəxsin kimliyi məlum olub.

Hadisəni törədən şəxs güllələnən Qabil Məmmədovun qardaşı oğlu Sərxan Məmmədovdur. S.Məmmədov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hüquq-mühafizə orqanları hadisədə istifadə olunan ov silahını maddi sübut kimi götürüb.


Oxunma sayı: 4852

Oxşar yazılar