Aptekdən və "Topaz"dan külli miqdarda pul oğurlandı

  • 13:11 - 31 Oktyabr

Binəqədi rayonunda aptekdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da rayon ərazisindəki apteklərin birindən 7000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Dadaşzadə saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Topaz” mərc oyunları məntəqələrinin birindən 6220 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əlizadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4588

Oxşar yazılar