Axtarışda olan Astara sakini 17 ildən sonra saxlanıldı

  • 16:31 - 30 Oktyabr

17 il axtarışda olan Astara sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avropa.info -ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində 08.11.2002-ci il tarixində axtarış elan olunmuş Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılaraq adiyyatı üzrə təhvil verilib.


Oxunma sayı: 4291

Oxşar yazılar