AFFA 2 dəqiqəyə görə 800 manat cərimələdi

  • 30 Okt - 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Avropa.info xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 9-cu turunun “Keşlə” – “Qəbələ” matçı “Keşlə” klubuna görə 2 dəqiqə gec başladığı üçün meydan sahibləri 800 manat cərimə olunur.

Birinci divizionun 8-ci  turunun “Ağsu” – “Sumqayıt” matçının 90+6-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 8-ci  turunun “Sabah” – “Keşlə” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 8-ci  turunun “Zaqatala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 71-ci dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Ayxan Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 90-cı dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Səid İbadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 8-ci  turunun “Zirə” – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Zirə” klubunun futbolçusu Elçin Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


Oxunma sayı: 386

Oxşar yazılar