Avropa İttifaqının üsusi nümayəndəsi Bakıya gəldi

  • 30 Okt - 2019

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri başlayıb.

Avropa.info Aİ-nin Bakıdakı nümayəndəliyinə istinadla xəbər verir ki, səfər iki gün davam edəcək.  

Azərbaycan rəhbərliyi və digər rəsmi şəxslərlə keçiriləcək görüşlərdə Avropa İttifaqı-Azərbaycan əlaqələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinə dair məsləhətləşmələr aparılacaq.  

Xatırladaq ki, Aİ nümayəndəsinin Bakıya sonuncu səfəri cari ilin iyun ayında baş tutub. Oktyabrın əvvəlində isə Klaar Ermənistana səfər edib.


Oxunma sayı: 727

Oxşar yazılar