İt, pişik və insanları yeyirdi... – Həbs olundu!

  • 29 Okt - 2019

Rusiyada saxlanılan cinayətkar it, pişik və insanları öldürüb yediyini etiraf edib.

Avropa.info xəbər verir ki, Rusiyanın Arxangelsk şəhərində 2016-2017-ci illərdə itkin düşən 3 nəfərin tapılması üçün aparılan istintaq nəticəsində tükürpərdən faktlar ortaya çıxıb. 51 yaşlı şübhəli şəxs hadisədən 3 il sonra istintaqa cəlb olunub. Tənha həyat sürən şəxs ilk sorğuda 3 nəfəri bıçarlayaraq öldürdüyünü qəbul edib.

Öldürülən şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi üçün prokurorluq qərar verib. Cani adam öldürüb basdırdığı cəsədlərin yerini polislərə göstərdi. Müstəntiqlərin müşayiəti ilə cinayət yerində axtarış aparılıb. Axtarış zamanı çuval içində torpağa basdırılmış cəsədlər tapılıb.

Qazıntılar nəticəsində öldürülən şəxslərin sümükləri ortaya çıxıb. 3 şəxsin cəsədi ilə yanaşı it və pişiklərin də sümükləri ortaya çıxıb. Cinayətkar insanları öldürüdükdən sonra bədənlərinin hissələrini qopararaq yediyini, geri qalan hissəsini də çuvala qoyaraq basdırdığını deyib. Cinayətini etiraf edən şəxs həbsxanaya göndərilib. Başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.


Oxunma sayı: 2553

Oxşar yazılar