Bakıda satıcı ilə süpürgəçi qadınlar arasında dava: Xəsarət alanlar var

  • 29 Okt - 2019

Bakıda qadınlar arasında dava düşüb.

APA-nın məlumatına görə, insident metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb. Mağazalardan birinin satıcısı ilə həmin ərazidə təmizlik işlər aparan iki süpürgəçi arasında dava olub. Nəticədə süpürgəçilər müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 529

Oxşar yazılar