ABŞ-dan Cümhuriyyət bayramının ildönümü günü Türkiyəyə qarşı rəzil qərar : Saxta "erməni soyqırımı"nı tanıyan sənəd qəbul edildi

  • 29 Okt - 2019

ABŞ  29 oktyabr Cümhuriyyət bayramının ildönümü günü Türkiyəyə qarşı rəzil bir sənəd qəbul edib.

Avropa.info xəbər verir ki, ABŞ Konqresinin alt palatası Nümayəndələr Məclisi, Türkiyənin Cümhuriyyət Bayramı günündə saxta "erməni soyqırımı"nı rəsmi olaraq tanıyan sənəd qəbul edib. 
 

Bu ilin 11 aprel tarixində  Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri və Kaliforniya vəkili, Demokratlar Partiyasından olan Adam Schiffin təqdim etdiyi qətnamə layihəsində, Nümayəndələr Palatasının saxta "erməni soyqırımı"nı tanımağı və anmağı ABŞ siyasətinin tərkib hissəsi olaraq gördüyü ifadə edilmişdi.  
 
Məclisin, ABŞ hökumətini saxta "soyqırım" iddialarının inkarı ilə əlaqələndirmə səylərini rədd etdiyi ifadə edilən layihədə, ABŞ-ın 1915-ci il hadisələrindəki humanitar yardım səyləri, o cümlədən qondarma "erməni soyqırımına" dair  dövlət maarifləndirməsinin ABŞ siyasəti olaraq təşviq edildiyi qeyd edilmişdi.


Oxunma sayı: 4687

Oxşar yazılar