Bakıda soyğunçuluq edən keçmiş məhkum saxlanıldı

  • 29 Okt - 2019

Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-nə keçən gecə Ə.Əliyev küçəsində Bakı şəhər sakini M.Sadıqovun “Mercedes” markalı avtomobilindən soyğunçuluq yolu ilə 182 manat aparmaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya bildirilib ki, gaktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.


Oxunma sayı: 386

Oxşar yazılar