“Qarabağ” çətin qələbə qazanıb, “Səbail” ardıcıl 4-cü məğlubiyyətini alıb

  • 28 Okt - 2019

Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. 

Turun son günündə bir oyun keçirilib. 

Ötən mövsümün mükafatçılarının duelində “Qarabağ” “Səbail”i qəbul edib. Yenə turnir cədvəlinin zirvəsində qərarlaşan son çempion uğursuzluq zolağında olan Bakı klubu ilə görüşə aşkar favorit qismində çıxıb. 

Son üç turda xal qazana bilməyən bakılılar Ağdam klubu ilə səfər matçında sensasiya istəyi mübarizə aparıblar. “Səbail” uzun müddət çempionun aramsız hücumlarına tab gətirsə də, 86-cı dəqiqədə Qara Qarayevin zərbəsi qarşısında aciz qalıb. Bununla da paytaxt klubu ardıcıl 4-cü məğlubiyyətini alıb. 

Qeyd edək ki, turun ilk iki günündə keçirilən matçlarda “Keşlə” evdə “Qəbələ”yə 2:1, “Neftçi” səfərdə “Sumqayıt”a 4:2 hesabı ilə qaib gəlib. “Sabah” – “Zirə” görüşündə heç-heçə qeydə alınıb – 2:2. 

Azərbaycan Premyer Liqası 
IX tur 
“Qarabağ” – “Səbail” – 1:0 
Qol: Qara Qarayev, 86 
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli 
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Elbrus Abbasov 
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00 



Qarabağ 









19-2 

25 



Neftçi 









15-7 

17 



Keşlə 









11-5 

15 



Səbail 









8-14 

10 



Sumqayıt 









8-13 

10 



Zirə 









8-14 





Sabah 









8-10 





Qəbələ 









5-17 



Bombardir: Lorenzo Frutos ("Keşlə") – 5 qol. (apa)


Oxunma sayı: 397

Oxşar yazılar