Sumqayıtda oğul anasını döyərək xəstəxanalıq edib

  • 28 Okt - 2019

Sumqayıtda 56 yaşlı qadın övladı tərəfindən döyülüb. 

“Report”un məlumatına görə, hadisə Corat bağlarında qeydə alınıb. 

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Gəncəliyeva Xalidə Qənimət qızı yaşadığı Corat bağlarında öz oğlu tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 


Oxunma sayı: 551

Oxşar yazılar