Türkiyəli idmançı dayvinq üzrə qadınlar arasında dünya rekordunu yeniləyib

  • 20:02 - 28 Oktyabr

Türkiyəli idmançı Şahika Ercümen dayvinq üzrə qadınlar arasında yeni dünya rekordu müəyyənləşdirib.
Avropa.info xəbər verir ki, Türkiyənin Mersin şəhərində Gilindire mağarasından suya dalan idmançı bir nəfəsə 100 metr dərinliyə qədər enərək qadınlar arasında əvvəlki rekordu (90 metr) yeniləyib. Ş.Ercümen bu göstərici ilə Ginnes Rekordlar Kitabına düşüb.
İdmançı yeni nailiyyətini Türkiyə Respublikasının qurulmasının 96-cı ildönümünə həsr etdiyini bildirib.


Oxunma sayı: 6051

Oxşar yazılar