Maşın qaçırmaqda şübhəli bilinən üç nəfər saxlanıldı

  • 28 Okt - 2019

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Əlverdiyevə məxsus “Niva” markalı maşın qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini N.Quliyev və Ağsu rayon sakini S.Hüseynov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, ətraflarında aparılmış tədbirlərlə onların Ağsu rayon sakini Ə.Rəhimovla birgə R.Xəlilova məxsus “VAZ-2106” markalı maşını qaçırmaları da müəyyən edilib.

Oktyabrın 26-da saat 21 radələrində Şabran şəhəri ərazisindən şəhər sakini V.Şirinova məxsus “VAZ-21072” markalı maşını qaçırılıb.

Şabran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Günəşli kənd sakini M.Rəhimov saxlanılıb.


Oxunma sayı: 441

Oxşar yazılar