Bakıda şəhərlərarası 5-ci açıq çempionat keçirilib – Foto

  • 12:11 - 28 Oktyabr

Oktyabrın 26-da Hövsan Olimpiya İdman Kompleksində Bakı Karate-do Akademiyasının təşkil etdiyi Layt kontakt və Full kontakt versiyaları üzrə şəhərlərarası 5-ci açıq çempionat keçirilib.

Avropa.info xəbər verir ki, çempionatda 350-dən çox idmançı öz qüvvəsini sınayıb.

Lisensizya xarakterli çempionatda qalib olan idmançılar 5-9 dekabr 2019-cu il tarixində WBMAF üzrə keçiriləcək dünya  kubokunda layt kontakt və full kontakt versiyaları üzrə öz qüvvələrini sınayacaqlar.

Çempionatın təntənəli açılış mərasimi zamanı Azərbaycan Respublikasının himni səsləndirilmiş, şəhidlərimizim xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra yarışın açılışını edən BKA-nın prezidenti Vüsal Abdullazadə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açmış, yarışın əsas mahiyyətindən danışmış, daha sonra isə bütün iştirakçılara uğurlar arzulayıb.

Açılış mərasimində federasiya rəhbərləri, ictimai xadimlər, sənət adamları və s. fəxri qonaq qismində iştirak ediblər.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Rayon gənclər və idman idarələri ilə iş və Kadrlar sektorunun müdiri Gündüz Vəliyev çıxış edərək öz xoş arzularını iştirakçılara çatdırıb.

Bakı şəhər Baş prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri Məmməd Əliyev Bakı Karate-do Akademiyasının fəxri prezidenti seçilib.

Qaliblər diplom, medal, kubok və kəmərlərlə təltif edilib.


Oxunma sayı: 6799

Oxşar yazılar