Fransada "sarı jiletlilər"in aksiyasında qarşıdurma yaranıb, saxlanılanlar var

  • 27 Okt - 2019

Fransada "sarı jiletlilər" artıq 50-ci həftədir hökumət əleyhinə aksiya keçirir.

Etirazçılar prezident Emmanuel Makronun və hökumətin istefasını tələb edirlər.

Aksiyaçılar xüsusi olaraq Belvil dairəsində toplaşıblar. Etirazçılar zibil yeşiklərini yandırıblar, polislə qarşıdurma baş verib. Sent-Etyendə polislə nümayişçilər arasında gərginlik yaranıb. Aksiyaçılar bir neçə küçəni bağlayıblar. Asayiş keşikçiləri nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib. Məlumata görə, aksiyanın 6 iştirakçısı polis tərəfindən saxlanılıb.

Aksiyalarla bağlı metropolitenin bir neçə stansiyası bağlanıb. Etirazlar ölkənin bir neçə şəhərində davam edib. Fransanın Dаxili İşlər Nazirliyi aksiyaları şərh etməyib. (report)


Oxunma sayı: 551

Oxşar yazılar