Gəncədə velosiped yürüşü keçirilib

  • 19:05 - 27 Oktyabr

Bu gün Gəncə şəhərində velosiped yürüşü keçirilib.

APA-nın məlumatına görə, “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən veloyürüşün məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.

Veloyürüş Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürüb və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib. Yürüşdə yüzlərlə Gəncə sakini iştirak edib.

Finişdə Gəncə şəhərində aztəminatlı ailələrdən olan şagirdlərə velosiped hədiyyə olunub.

Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyəsi nəzərdə tutulub.

Xatırladaq ki, Gəncə eyni zamanda 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

1 / 6


 


Oxunma sayı: 5578

Oxşar yazılar