Bağdadinin öldürüldüyü 4 saatlıq əməliyyatın təfərrüatı : 8 ABŞ helikopterindən xüsusi təyinatlılar yerə endirildi və...

  • 27 Okt - 2019

Suriyanın İdlib bölgəsində terror təşkilatı İŞİD-in lideri Əbubəkr əl Bağdadinin öldürülməsi ilə nəticələnən əməliyyatın  təfərrüatları məlum olub.

Avropa.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, əməliyyatın həyata keçirildiyi ərazi İdlibin şimalında mülki əhalinin sığındığı Tourlaha kampının bir neçə kilometrliyində yerləşir. 
 

Oktyabrın 26-da gecə saat 00.00 radələrində bölgəyə 8 ABŞ helikopteri və 2 pilotsuz uçuş aparatı (İHA) gələrək, Barışa kəndi yaxınlığındakı hədəfi bir saat yarım atəşə tutub. Terrorçular ABŞ  helikopterlərinə yerdən ağır silahlarla cavab veriblər. Təxminən 1,5 saat davam edən ilk qarşıdurmalardan sonra helikopterlər bölgəni tərk ediblər. Yarım saatdan sonra geri dönən helikopterlər atəşi davam etdiriblər. Bu vaxt ABŞ helikopterlərindən xüsusi təyinatlı qüvvələr yerə endirilib.

Münaqişənin ikinci hissəsi təqribən 2,5 saat davam edib. Helikopterlər təqribən 4 saat davam edən əməliyyatdan sonra bölgəni tərk ediblər. 

Bölgəyə gələn tibb qrupları Anadolu Agentliyinə verdikləri məlumatda, hücum nəticəsində bir evin tamamilə məhv olduğunu, bəzi çadırların isə yandığını bildiriblər. 

Tibb qrupları hadisə yerində 3 kişi, 3 qadın və 1 uşaq olmaqla, cəmi 7 adamın cəsədinin olduğunu qeyd ediblər. Bununla yanaşı hadisə yerində 5 yaralı tapılıb.

Qeyd edək ki, İdlibdəki Suriya hava məkanı Rusiya tərəfindən qorunur. 

ABŞ mediasında yer alan məlumatlara görə, Pentaqon rəsmiləri əməliyyatda Bağdadinin özünü partladaraq öldürüldüyünü bildirirlər.  

Avropa.info


Oxunma sayı: 4566

Oxşar yazılar