UEFA Avropa Liqası: "Qarabağ" APOEL-lə heç-heçə oynayıb

  • 22:50 - 24 Oktyabr

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda III turda Kipr APOEL-ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. Azərbaycan çempionu qolu da erkən vurub. Komandanın heyətində Dani Kintana fərqlənib. İspaniyalı yarımmüdafiəçi 13-cü dəqiqədə APOEL-i məyus edib. Qoldan sonra da "Qarabağ"ın hücumlarının sayını artırıb. 24-cü dəqiqədə Maksim Medvedevin zərbəsini qapıçı Vid Belets dəf edib. 29-cu dəqiqədə rəqib hesabı bərabərləşdirə bilib. APOEL-in kapitanı Nikolas İoannu başla topu qapıdan keçirib. Birinci hissənin sonlarında qonaq komanda ikinci qolu vurub. 45+1-ci dəqiqədə Linus Hallenius müdafiəçilərin səhvindən yararlanıb. 58-ci dəqiqədə Ailton Silvanın zərbəsindən sonra qola imkan verməyib. Lakin bir dəqiqə keçməmiş cinah müdafiəçisi topu başla rəqib qapısından keçirib və hesabı bərabərləşdirib. Görüşün sonları da Ağdam klubunun hücumları şəraitində keçsə də, hesab dəyişməyib.

Bu nəticədən sonra "Qarabağ" A qrupunda 4-cü, APOEL isə birinci xalını qazanıb.

Qeyd edək ki, komandalar qrup mərhələsinin IV turunda Kiprdə qarşılaşacaqlar. Matç noyabrın 7-də Nikosiyada olacaq.

****

"Qarabağ" - APOEL oyununda hesab bərabərləşib.

Meydan sahiblərinin heyətində Ailton Silva fərqlənib - "Qarabağ" - APOEL - 2:2 
 

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsində III turu çərçivəsində Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL komandasını qəbul edir.

***

"Qarabağ" - APOEL oyununun ikinci hissəsi başlayıb.

Matçın ilk hissəsi qonaqların 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb - "Qarabağ" - APOEL - 1:2. 

***21:58

"Qarabağ" - APOEL oyununun birinci hissəsi başa çatıb.

Matçın ilk hissəsi qonaqların 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. 

***21:41

APOEL "Qarabağ"-la oyunda hesabda irəli çıxıb.

Linus Hallenius qarşılaşmanın 45-ci dəqiqəsində qonaqların 2-ci qolunu vurub - "Qarabağ: APOEL - 1:2

****

"Qarabağ" - APOEL-lə oyununda hesab bərabərləşib.

APOEL qarşılaşmanın 29-cu dəqiqəsində hesabı bərabələşdirib. "Qarabağ" - APOEL - 1:1

***

UEFA Avropa Liqasının qrup mərhələsində III turu çərçivəsində keçirilən "Qarabağ" - APOEL oyununda hesabı açılıb.

Dani Kintana qarşılaşmanın 13-cü dəqiqəsində "Qarabağ"ın ilk qolunu vurub.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL komandasını qəbul edir.

***

UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.

Azərbaycan çempionu "Qarabağ" da bu gün növbəti matçına çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL komandasını qəbul edir. Görüş saat 20:55-də başlayıb.

Qeyd edək ki, A qrupunun digər matçında İspaniya "Sevilya"sı Lüksemburq "Düdelanj"ı ilə qarşılaşır.


Oxunma sayı: 8053

Oxşar yazılar