"Qarabağ" - APOEL oyununa biletlər tükənir

  • 10:10 - 23 Oktyabr

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - APOEL oyununda anşlaq olacaq.

Avropa.info Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, biletlər tükənmək üzrədir. Artıq satışa çıxan 30 min biletdən 27 mini satılıb.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adıan Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL  görüş saat 20:55-də başlayacaq.


Oxunma sayı: 4434

Oxşar yazılar