Ərdoğanla Putin Suriya ilə bağlı tarixi qərarlarını açıqladılar : PKK/YPG bölgədən tamamilə çıxarılacaq - Soçi Memorandumu

  • 21:26 - 22 Oktyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən 6 saatlıq görüş sona çatıb.

Avropa.info xəbər verir ki, görüşdən sonra prezidentlər mətbuat konfransı keçiriblər. Prezidentlər 10 maddəlik Soçi müqaviləsi imzaladıqlarını bəyan ediblər.

Ərdoğanın açıqlamasından bəzi hissələr:
 

"Danışıqlarımızın ana gündəmi Suriya məsələsi idi. Bununla yanaşı ikili münasibətlərimiz də gündəmə gəldi.
Cənab Putinlə Suriyada barış, hüzur və istiqrarın olması üçün, istər ikili olaraq, istərsə də Astana çərçivəsində cox ciddi işlər gördük. Soçi müqaviləsi daxil olmaqla bir çox önəmli qərarlara imza atdıq.


Türkiyə ilə Rusiya arasında tarixi bir müqavilə imzaladıq. PKK/YPG 150 saat içində 30 km geri çəkiləcək. 10 km dərinlikdə Türkiyə-Rusiya dövriyyəsi başlayacaq. Tel Rıfat və Mənbiçdən bütün PKK/YPG-lilər silahları ilə bərabər çıxarılacaqlar."

Putinin açıqlamasından bəzi hissələr:

"Cənab Ərdoğan Türkiyənin hərbi əməliyyatı ilə bağlı açıqlamalar verib. Biz dəfələrlə Türkiyənin milli təhlükəsizliklərini təmin etmək üçün addımlarını anlayışla qarşılayırıq. Türkiyənin narahatlıqlarını bölüşürük.

Suriyada daimi sülh və sabitliyin təmin olunması ancaq bu ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə mümkündür. Regionda sülhü və sabitliyi Türkiyə ilə Suriya birlikdə təmin edəcək."

Avropa.info  
 


Oxunma sayı: 9582

Oxşar yazılar