İraqda İŞİD silahlılarının hücumu nəticəsində iki polis generalı həlak olub

  • 22:28 - 22 Oktyabr

Bu gün Bağdaddan şimalda İŞİD silahlılarının hücumu nəticəsində İraq federal polisinin iki generalı həlak olub.
Bu barədə Shafaq News portalı ölkənin güc strukturlarındakı mənbələrə istinadla məlumat yayıb. Mənbələrin məlumatlarına əsasən terrorçuların qurduğu pusquda Federal polisin 4-cü briqadasının komandanı general Əli əl-Lyami öldürülüb. Onunla birlikdə güc strukturunun daha 6 əməkdaşı – döyüş əməliyyatlarına cavabdeh briqada generalı Məhəmməd Alaui və 5 mühafizəçi də həyatını itirib.


Oxunma sayı: 4357

Oxşar yazılar