Fermerlər Berlinin mərkəzi meydanına gedən yolları bağladılar

  • 22:10 - 22 Oktyabr

Berlində 200-ə yaxın traktor hökumətin fermer təsərrüfatına çətinliklər yaradacaq yeni planlarına qarşı nümayişin keçirildiyi mərkəzi meydanını bağlayıb.

Etiraz aksiyası yerli vaxtla səhər saat 9:00-da başlayıb. Traktorlar bütün əsas istiqamətlərdən şəhərin mərkəzindəki “Böyük ulduz” meydanına axışıb və bu səbəbdən avtomobil yollarında böyük tıxaclar yaranıb.

Hazırda 600-dən çox polis əməkdaşı nümayişin keçirildiyi yerdə növbə çəkir. Bu dəfə fermerlər hökumətin sentyabr ayında təqdim olunan yeni aqrar paketinə etiraz edirlər. Onların fikrincə, planlaşdırılan tədbirlər kəndlilər üçün əlavə çətinliklər yaradacaq. Hökumət əsasən gübrə istifadəsi normalarını sərtləşdirməyi planlaşdırır.

Bonn, Vyursburq, Münhen, Bayroyt, Ştutqart, Frayburq, Maqdeburq və Hannover şəhərlərində də analoji aksiyalar keçirilir.


Oxunma sayı: 6623

Oxşar yazılar