Sabirabadda oğurluq edən şəxs saxlanıldı

  • 22 Okt - 2019

Sabirabadda evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan şəhərində Regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Sabirabad rayonu, Zalqarağac kənd sakini olan bir qadın DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək ona məxsus fərdi yaşayış evindən pulunun oğurlandığı barədə məlumat verib.

Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) Qaragüney bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini İsmayıl Azayev saxlanılıb. Dindirilmə zamanı İ.Azayev evdən 2200 manat pul oğurladığını etiraf edib və həmin pullar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Oxunma sayı: 606

Oxşar yazılar