Deputatlarının əmək haqqı üçün büdcədən ayrılan vəsaitin məbləği açıqlandı

  • 17:47 - 22 Oktyabr

Gələn il üçün dövlət büdcəsindən Milli Məclis deputatlarının əmək haqqı və parlamentin ezamiyyə xərclərinə ayrılan vəsaitin məbləği məlum olub.

APA -nın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində bildirilib.

Sənəddə qeyd edilib ki, Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, deputat köməkçilərinin əmək haqqı – 2 milyon 250 min manat, ezamiyyə xərclərinə isə 1 milyon, 830 min manat vəsait ayrılacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.


Oxunma sayı: 2927

Oxşar yazılar