95 yaşlı sabiq ABŞ prezidenti xəstəxanaya aparıldı

  • 17:40 - 22 Oktyabr

ABŞ-ın sabiq prezidenti Cimmi Karter Pleyn şəhərindəki (Corciya ştatı) evində yıxıldıqdan sonra xəstəxanaya çatdırılıb.

Avropa.info xəbər verir ki, 95 yaşlı sabiq prezidentinə çanaq sümüyünün sınığı qoyulub.

ABŞ-ın 39-cu prezidentinin nümayəndəsinin sözlərinə görə, Karter özünü yaxşı hiss edir və səbirsizliklə ev qayıtmağı gözləyir.

Bu ayın əvvəli evində yıxılan Karterə 14 tikiş qoyulub. 

May ayında isə o hinduşka ovunda belini sındırmışdı.


Oxunma sayı: 4797

Oxşar yazılar