Türkiyə futbolunda maraqlı olay - Baş məşqçi 2 qol vurdu (Video)

  • 17:13 - 22 Oktyabr

Türkiyə 1-ci liqasında mübarizə aparan "Karagümrük"un həm baş məşqçisi, həm də kapitanı olan Erkan Zəngin komandasına qələbə qazandırıb.

Avropa.info Qol.az-a istinadən xəbər verir ki, daha əvvəl "Beşiktaş", "Trabzonspor" kimi komandalarda çıxış edən İsveç millisinin sabiq üzvü çempionatın 8-ci turunda "Osmanlıspor"la oyunda 2 qol vurub. Bununla da, o,  baş məşqçi kimi yeni təyin olunduğu klubu ilə birinci matçında ilk qələbəsini qazanıb.

Meydana əsas heyətdə çıxan 34 yaşlı hücumçu 2 qol vurduqdan sonra - 81-ci dəqiqədə özünü əvəzlədərək, alqışlarla meydanı tərk edib.

Qeyd edək ki, ötən ildən "Karamgümrük"də çıxış edən E. Zəngin bir neçə gün öncə həm də komandanın baş məşqçisi təyin olunub.


T26_xMU7p90

Oxunma sayı: 5292

Oxşar yazılar