Qaçırdıqları təcili tibbi yardım maşınını kütlənin üstünə sürdülər

  • 17:08 - 22 Oktyabr

Norveçin paytaxtı Osloda silahlı iki nəfər qaçırdıqları təcili tibbi yardım maşınının qələbəliyin üstünə sürüblər.

Avropa.info xəbər verir ki, avtomobilin kütlənin içinə girməsi nəticəsində xeyli adam yaralanıb. İçində körpə uşaq olan araba da əzilib. 

Norveç dövlət telekanalı NRK-nin məlumatına görə, polis təcili tibbi yardım maşınının təkərlərinə atəş açaraq onu dayandırıb. Cinayətkarlardan biri qaçıb, digəri saxlanılıb.


Oxunma sayı: 5061

Oxşar yazılar