“Müdaxilə kürd xalqına qarşı deyil” – Macarıstandan “Barış Pınarı” əməliyyatına dəstək

  • 16:17 - 22 Oktyabr

Macarıstanın Xarici İşlər və Xarici Ticarət Nazirliyinin dövlət katibi Tamas Varqa “Barış Pınarı” əməliyyatının terror təşkilatına qarşı keçirildiyini bəyan edib.

Avropa.info xəbər verir ki, Varqa əməliyyatla suala belə cavab verib:

“Müdaxilə kürd xalqına qarşı deyil. Ankara İraqda Kürd Regional Hökuməti ilə çox yaxşı münasibətlərə malikdir. 1984-cü ildən bəri türklər və kürdlərə qarşı terror aktları keçirən təşkilatı vururlar. Türkiyənin öz xalqını qoruması başa düşüləndir”.

Qeyd edək ki, Macarıstan rəsmiləri daha əvvəl də “Barış Pınarı” əməliyyatına dəstək vermişdilər. Macar nazir Qerqeli Qulyaş əməliyyatla bağlı “Türkiyə öz torpaqlarında yerləşən 4 milyon qaçqını ölkələrinə geri qaytarmaq o zaman bu cəhd dəstəklənməlidir” demişdi. 


Oxunma sayı: 10220

Oxşar yazılar