Belçikada çəkilmiş şəkil kütləvi halda Bakıda çəkilmiş kimi qələmə verirlər - Fotonun orijinalı

  • 15:26 - 22 Oktyabr

Bu şəkil 2019-cu ildə mayın 26-da Brüsseldə çəkilib. Göründüyü kimi, Belçika polisi şəhərin mərkəzi meydanlarından birində aksiya keçirən qadını yerə yıxıb və kobudcasına zərərsizləşdirməyə, ram etməyə çalışır. 

Ancaq sosial şəbəkənin Azərbaycan seqmentində bəzi müxalif fəallar başqa ölkədə çəkilmiş bu şəkli oktyabrın 19-da Bakıda çəkilmiş foto kimi qələmə verərək, həm özlərini, həm də ictimai rəyi çaşdırır, xalqın hisslərini coşdurmağa çalışırlar. Bu, eyni zamanda Azərbaycan polisinə nifrət oyatmaq səciyyəsi daşıyır. 

Düzdür, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də polis qüvvələri razılaşdırılmamış aksiya keçirənlərə qarşı sərt tədbirlər həyata keçirirlər. 19 oktyabrda da aksiya iştirakçıları saxlanılarkən sərt davranışlar yer alıb, ancaq başqa ölkədə çəkilmiş şəklin "özəlləşdirilib milliləşdirilməsi", yüzlərlə abonent tərəfindən paylaşılması absurddur. 

Həm də bunun hər hansı bir piar effekti yoxdur. Şəkli bəlli proqram vasitəsi ilə axtarışa verəndə hansı ölkədə çəkildiyi, hansı ölkənin mətbuatında yer aldığı, hansı materialı müşayiət etdiyi aşkara çıxır. 

Bu şəkildə məhz Belçikada çəkilib. Bu da onun linki:

 https://thepublicsradio.org/article/yellow-vest-protest-in-brussels-turns-violent-350-detained

Musavat.com


Oxunma sayı: 10330

Oxşar yazılar