Suriyadan çıxarılan ABŞ hərbçiləri İraqda yerləşdiriləcək? - Bağdaddan açıqlama

  • 15:10 - 22 Oktyabr

İraq hökuməti Suriyadan çıxaraq İraqa daxil olan ABŞ hərbçilərinin ölkədə qalmayacağını açıqlayıb.

Avropa.info xəbər verir ki, İraq Prezidenti Aparatın bağlı Təhlükəsizlik Mediası Şəbəkəsinin yaydığı bəyanatda Suriyadan çıxan ABŞ hərbçilərinin İraq Kürd Regional Hökuməti torpaqların daxil olub, sonra ölkədən çıxmaq üçün razılıq aldığını açıqlayıb.

“Suriyadan gələn bütün qüvvələrin İraqda qalması üçün isə heç bir razılıq verilməyib” – bəyanatda deyilir.

Xatırladaq ki, Suriyadakı bazaları tərk edən ABŞ hərbçilərini daşıyan zirehli texnika və hərbi yük maşınları dünən Suriya sərhədindəki Simelka sərhəd keçid məntəqəsindən keçərək İraqa daxil olmuşdu. ABŞ hərbçilərinin anbar vilayətindəki Aynul Əsəd ilə Beynəlxalq Ərbil Aeroportu bazalarına yerləşdiriləcəyi iddia edilmişdi.

ABŞ müdafiə naziri Mark Esper də iki gün əvvəl verdiyi bəyanatda prezident Trampın qərarı ilə Suriyadan çıxarılan mindən çox amerikan hərbçisinin İraqın qərb regionlarına göndəriləcəyini bildirmişdi.


Oxunma sayı: 4885

Oxşar yazılar