Maduronun Bakıya gələcəyi gözlənilir – Rəsmi

  • 15:05 - 22 Oktyabr

"Bakıda Qoşulmama Hərəkatının sammitində Venesuela Prezidenti Nikolas Maduronun iştirakı gözlənilir".

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.

Onun sözlərinə görə, bu günədək 60-a yaxın ölkənin dövlət və hökumət başçıları sammitdə iştirakını təsdiq ediblər.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.


Oxunma sayı: 4610

Oxşar yazılar