Fazil Mustafa Ziyafət Əsgərova cavab verdi: "Məhz bu hüququ tanımayanların sayəsındə..."

  • 14:12 - 22 Oktyabr

“Bu gün Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin iclasında şəxsimizə yönəlik bir atmaca ilə gündəmə gəlib”.

Avropa.info xəbər verir ki bu sözləri Milli Məclisin deputatı Fazil Musfafa öz Facebook hesabında yazıb.

“İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı, mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda, belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq”.

“Məni narahat edən sadəcə bir elmlər doktorunun, Konstitusiya professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı "selfi" çəkdirmək kimi dəyərləndirməsidir” – deyə F.Mustafa fikirlərinə əlavə edib:

“Görünür, hörmətli professor Konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsındə Milli Məclisin nüfuzu aşağı salınır”.


Oxunma sayı: 3763

Oxşar yazılar