“Əməliyyatları dayandırın” - Avropa İttifaqı sədrindən Türkiyəyə çağırış

  • 13:04 - 22 Oktyabr

Avropa İttifaqının sədri Donald Tusk Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi əməliyyatları tamamilə dayandırmağa və beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb.

Avropa.info xəbər verir ki, o, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxış edib:

“Aİ Türkiyənin şimali-şərqi Suriyada birtərəfli hərbi əməliyyatlarını qınayıb. Atəşkəs adlanan halla bağlı heç kəs xam xəyalda deyil. Türkiyə hərbi əməliyyatları tam dayandırmalı, qüvvələrini çıxarmalı və beynəlxalq humanitar hüquq normalarına əməl etməlidir”.


Oxunma sayı: 10264

Oxşar yazılar