"Barış Pınarı" əməliyyatına qarşı çıxan İrana Ərdoğandan sərt sözlər : "Nüvə məsələsində sizi müdafiə etdik, Türkiyəyə xəyanət etdiniz"

  • 12:31 - 22 Oktyabr

"Bu gecə saat 22:00-da müddət bitir. ABŞ-ın verdiyi vədlər yerinə yetirilməzsə, əməliyyat daha qərarlı bir şəkildə davam edəcəkdir". 

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri öncəsi, jurnalistlərə verdiyi açıqlamada deyib. Ərdoğan, bu ana qədər 2200 kkilometrlik bir sahənin terrorçulardan təmizləndiyini bildirib. 

"ABŞ-ın verdiyi vədlər yerinə yetirilməzsə, əməliyyat daha qərarlı bir şəkildə davam edəcəkdir. 2 milyona yaxın Suriyalı buralarda yerləşəcək."

Ərdoğan, Fransa prezidenti Makronun PKK terrorçularına verilən vaxtın uzadılması təklifinə sərt münasibət bildirib. 

"Makron bizə terrorçuların təklifini çatdırır. Bizim bu məsələdə danışıq apardığımız ölkə Fransa deyil, ABŞ-dır" - Ərdoğan belə deyib.
 
Türkiyə prezidenti ölkəsinin Suriyanın ərazi bütövlüyünə tərəfdar olduğunu bildirərək, İrandan "Barış Pınarı" əməliyatı əleyhinə edilən açıqlamalara da toxunub.
 

"Bu regionla maraqlanan digər ölkələrdən fərqli olaraq biz 8 ildir Suriya qaçqınlarını ölkəmizdə qəbul edirik. Avropa Birliyi bizə verdiyi sözü tutmadı. Biz Suriyanın ərazi bütövlüyünü müdafiə edirik. Bizim iradəmiz indiyə qədər necə olubsa, yenə eyni qətiyyətlə davam edəcək. 
 

İrandan gələn bəzi açıqlamalar həqiqətən məndə ciddi mənada kədərə səbəb oldu. İran nüvə silahı məsələsində bütün dünyanı qarşımıza alaraq, bizim onları necə müdafiə etdiyimizi unudub. Ruhaninin bu hədsiz açıqlamaları susdurması lazımdır. Biz Soçi anlaşmasının üç  tərəf ölkəsiyik. Bu prosesdə olan ölkələr bir-birinə xəyanət edərmi? - Ərdoğan belə deyib.


Oxunma sayı: 42637

Oxşar yazılar