Siyavuş Novruzov Milli Məclisdə sərt danışdı: “Sizin fəaliyyətiniz nədən ibarətdir?”

  • 12:48 - 22 Oktyabr

Milli Məclisin bu gün keçirilən iclasında Milli Şuranın oktyabrın 19-da “28 May” metrostansiyası önündə keçirdiyi icazəsiz aksiya haqda danışılıb.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, radikal müxalifət qanunları pozub. O bildirib ki, mitinq iştirakçıları polislə qarşdurma yaratmağa cəhd edib.

"Radikal müxalifət oktyabrın 19-da atılan addımlarla “Sərbəst Toplaşmaq Haqqında” qanunu və Azərbaycan Konstitusiyasının maddələrini pozub.  Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır. Hər kəs, millət vəkilləri də buna öz münasibətini bildirməlidir”,-deyə S.Novruzov əlavə edib.

O qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlər erməni lobbisi ilə bağlıdır. Deputat dindarlara da çağırış edib:

“Qibləsini tanımayan müşriklərdən alət kimi istifadə edilir. Bunu ağaları qarşısında etiraf edirlər. O mitinqə dindarlar da gəlmişdi. Mən üzümü dindarlara tutub soruşuram: sizin fəaliyyətiniz nədən ibarətdir? Azərbaycanda məscidlər tikilir, mədrəsələr təmir olunur, xalqın istifadəsinə verilir.
İndi 1990-cı illər deyil. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasət həyatə keçirərək, ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı- ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir. Bu, Azərbaycanı sevməyən qüvvələri narahat edir”.

modern.az


Oxunma sayı: 6194

Oxşar yazılar