Tramp Suriya ilə bağlı İsrailin hansı xahişinə “yox” deyib?

  • 12:25 - 22 Oktyabr

ABŞ prezidenti Donald Tramp Suriyadan çıxmağa davam etdiklərini bildirərək, regiondakı İŞİD üzvlərinin də vəziyyətini izləməyə dava edəcəklərini qeyd edib.

Avropa.info xəbər verir ki, Suriyadan çıxmada prosesində ABŞ-ın Suriyada bir hərbçi saxlayıb-saxlamayacağı ilə bağlı suala Trampın cavabı belə olub:

“Bunun vacib olduğunu düşünmürəm. Burada hərbçi qoymaq istəmirəm. Oralar çox təhlükəli torpaqlardır”.

Tramp Suriyada əsgər saxlamaqla bağlı İsrail və İordaniyanın xahişlərini də rədd etdiyini qeyd edib:

“İsrail və İordaniya bizdən Suriyanın tamamilə başqa yerində İordaniya sərhədində və İsrailə yaxın yerdə hərbçi saxlamağımızı istədi. Ancaq bura fərqli regiondur. Fərqli düşüncə forması var. Burada kiçik qrup hərbçimiz var və nefti qoruyuruq. Onun xaricində orada əsgər yerləşdirmək üçün səbəbimiz yoxdur”.


Oxunma sayı: 5644

Oxşar yazılar