İranın dövlət telekanalından Türkiyənin "Barış Pınarı" əməliyyatına qarşı rəzil böhtan– Gerçək ortaya çıxdı (Foto)

  • 12:12 - 22 Oktyabr

İranın ispan dilində yayımlanan HİSPAN dövlət telekanalının Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sabitlik və sülh gətirmək üçün başladılan "Barış pınarı" əməliyyatlarının əleyhinə manipulyasiya etdiyi ortaya çıxıb.

Avropa.info xəbər verir ki, HİSPAN telekanalının sosial şəbəkə hesabından yaydığı ispanca paylaşımda "Türkiyə ordusu Suriyanın şimalında həyata keçirdiyi hücumda mülki əhalinin həyatını təhlükəyə atdı" ifadəsini işlədib.

Ancaq bölgədə olan "Anadolu" agentliyinin fotomüxbiri Tel Abyad şəhərində YPG/PKK terror təşkilatının basdırdığı minanın partlaması nəticəsində yaralanan dinc sakinlərə Suriya Milli Ordusunun yardım etdiy görüntüləri obyektivə alıb. Əməliyyat əleyhinə qaralama kampaniyası aparmaq üçün istifadə edilən fotoların terror təşkilatının basdırdığı minaların partlaması nəticəsində ortaya çıxdığı məlum olub.

 


Oxunma sayı: 8284

Oxşar yazılar