Bu gün yeni təyinat olacaq – Milli Məclisdə müzakirəyə çıxarılacaq

  • 10:14 - 22 Oktyabr

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasına auditor təyin ediləcək.

Avropa.info xəbər verir ki, bu barədə Hafiz Mahir oğlu İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında sənəddə bildirilib.

Sənəd parlamentdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, hazırda Hesablama Palatasının 5 auditoru var. Onlar Cəfər Həsənov, Mehriban Əlişanova, Vaqif Həsənov, Firsənd Qurbanov və Fazil İbrahimovdur.


Oxunma sayı: 3939

Oxşar yazılar