Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb

  • 00:00 - 22 Oktyabr

Fransan prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı Suriyanın şimal-şərqində atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulaylıb. 

Trend-in məlumatına görə, bu barədə Yelisey Sarayının bəyanatında deyilir. 

Bəyanatda bildirilir: "Ötən gün Soçidə prezident Putin və prezident Ərdoğan arasında danışıqlar əsasən Suriyanın şimal-şərqindəki vəziyyətə cəmlənmişdir. Respublika prezidenti hazırda olan atəşkəs rejiminin uzadılmasının və böhrandan diplomatik vasitələrlə çıxış yolunun axtarılmasının vacibliyini vurğulayıb". 

ƏTRAFLI 
Bakucircus 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.


Oxunma sayı: 4390

Oxşar yazılar