Rusiyada milyarderlərin sayı il ərzində 50 faiz artıb

  • 22:23 - 21 Oktyabr

Son bir il ərzində sərvəti 1 milyard dollara çatan yetkinlik yaşında olan Rusiya vətəndaşlarının sayı 74-dən 110-dək artıb.

“Credit Suisse” bankının araşdırmasına əsasən, 3120 vətəndaşının varidatı 100 milyon dollara çatan Rusiyada zənginlərin sayının artımına görə dünyada 9-cu yerdə qərarlaşıb.

Bununla yanaşı, dünyanın 1 faiz təşkil edən ən zəngin şəxslərinin 264 nəfəri Rusiya vətəndaşıdır.

Bütövlükdə hazırda Rusiyada maliyyə ehtiyatlarının 83 faizi əhalinin 10 faizinə məxsusdur.


Oxunma sayı: 8581

Oxşar yazılar