Cəlilabadda avtomobili narkotik vasitənin təsiri altında sürən şəxs saxlanılıb

  • 20:39 - 21 Oktyabr

Cəlilabad rayonunda avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü, Qaradağ rayon sakini Orxan Verdiyev tutulub.

Araşdırma zamanı onun “Toyota” markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub.

Qeyd edək ki, sürücününü yanında əyləşən sərnişini paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 6,069 qram olan marixuana aşkar edilərək götürülüb.


Oxunma sayı: 5138

Oxşar yazılar