Bakıda prokurorluq əməkdaşı avtomobildə keçindi

  • 17:53 - 21 Oktyabr

Bakıda prokurorluq əməkdaşı qəfil vəfat edib.

Avropa.info publika.az-a istinadən xəbər verir ki, Sabunçu Rayon Prokurorluğunun müfəttişi vəzifəsində çalışan 1962-cı il təvəllüdlü Ramiz Qasımov şənbə günü avtomobildə olarkən qəfil ürək tutumasından vəfat edib. O, məhkəmənin qarşısında olarkən halı pisləşib və hadisə yerindəcə keçinib.

R.Qasımov dünən doğulduğu Cəlilabad rayonunda dəfn edilib.

Qeyd edək ki, R.Qasımov daha əvvəl Qaradağ Rayon Prokurorluğunun dəftərxana rəisi vəzifəsində çalışıb.


Oxunma sayı: 3422

Oxşar yazılar