“Mançester Yunayted” üçün Məhəmməd bin Salmandan fantastik təklif

  • 17:51 - 21 Oktyabr

Daha əvvəl təklifi rədd edilən Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman “Mançester Yunayted” klubunu satın almaq üçün daha bir təklif edib.

Avropa.info xəbər verir ki, vəliəhd şahzadə “Mançester Yunayted” klubunun sahibi Qleyzer ailəsinə daha əvvəl iki dəfə təklif göndərməsinə baxmayaraq, hər iki təklifi rədd edilmişdi.

Geri çəkilmək istəməyən Məhəmməd bin Salman bu dəfə 3,5 milyard avroya çıxan rekord təklif verib.

2005-də klubu alan Qleyzer ailəsi “Mançester Yunayted”i heç bir pul qarşılığında satmayacaqlarını və fikrinin qəti olduğunu bəyan edib.


Oxunma sayı: 4555

Oxşar yazılar