ABŞ ordusunun boşaltdığı Rəqqaya rejim ordusu daxil oldu

  • 17:21 - 21 Oktyabr

Suriya dövlət televiziyası ABŞ-ın tamamilə boşaldıb çıxdığı Rəqqa şəhərinə rejim ordusunun hərbi konvoyla girdiyini nümayiş etdirən görüntülər yayıb.

Avropa.info xəbər verir ki, Suriya dövlət televiziyası ordu qüvvələrinin şəhərdəki strateji mövqelərə yerləşdirildiyini elan edib.

ABŞ hərbçiləri .şəhəri dünən tamamilə boşaltmışdı. Suriya dövlət mətbuatı ABŞ ordusunun Mənbic ətrafında yerləşən hərbi hissələrdən çıxmağa davam etdiyini bildirib və tərk edilmiş ABŞ bazasının görüntülərini yayıb.

Suriyadan çıxan ABŞ hərbi texnikasının Tel Tamer şəhəi yaxınlarında irəliləməsinin görüntülənib.


Oxunma sayı: 5039

Oxşar yazılar