“YPG bəzi müttəfiqlərimizdən silah alır. Bu silahlar bizə qarşı çevrilir” – Hulusi Akardan ABŞ-a ittiham

  • 16:52 - 21 Oktyabr

“Müttəfiqlərimizlə PKK ilə bərabər olan YPG-ni dəstəklədi. YPG bəzi müttəfiqlərimizdən silah alır. Bu silahlar bizə qarşı çevrilir”.

Avropa.info xəbər verir ki, TRT World Forumda çıxış edən Türkiyə müdafiə naziri Hulusi Akar Amerikanın ünvanına tənqidlərini yönəldib.

“Türkiyə uzun müddətdir terrorizmdən əziyyət çəkir. PKK əksəriyyət tərəfindən terrorçu qrup kimi tanınır. Ancaq YPG məsələsində müttəfiqlərimiz arasında bəzi ikili standartların olduğunu görürük. Müttəfiqlərimiz PKK ilə bir yerdə olan YPG-ni dəstəklədi. YPG bəzi müttəfiqlərimizdən silah alır. Bu silahlar bizə qarşı çevrilir” – Hulusi Akar belə deyib.

Türkiyə müdafiə naziri “Barış Pınarı” əməliyyatının məqsədinin terror təhlükəsini ortadan qaldırmaq olduğunu deyib:

“Yerlərindən çıxarılmış 2 milyon suriyalı könüllü şəkildə öz vətənlərinə qayıda bilsinlər. Ən başda bəri siyasi birliyi qorumağa çalışdıq. PKK və YPG kürd və suriyalı qardaşlarımızı təmsil edə bilməz. Son günlər gördük ki, 9 aylıq uşaq faciəvi şəkildə öldürüldü”.


Oxunma sayı: 4874

Oxşar yazılar